Rules on form, content and submission of the annual financial report of a non-governmental organization

For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.

Document Information:


1 Q!RAR № 161 Bakı şəhəri, 25 iyun 2013-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 561-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 835 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Q”RARA ALIR: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №12, maddə 1076; 2010, №6, maddə 548) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 4.5.3-cü yarımbəndindən və 4 nömrəli əlavə – “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın cədvəlinin 1-ci sütununun dördüncü sətrindən “üçüncü tərəflərdən” sözləri çıxarılsın; 1.2. 4.5.9-cu yarımbənddən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin: “”həmiyyətli uçot siyasəti və qeydlər 4.6. Qeyri-hökumət təşkilatlarının əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərində aşağıdakılar açıqlanır: 4.6.1. qeyri-hökumət təşkilatlarının tətbiq etdikləri əhəmiyyətli uçot siyasəti; 4.6.2. maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmiş bütün maddələr; 4.6.3. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilmiş bütün maddələr; 4.6.4. xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatda əks etdirilmiş bütün maddələr; 4.6.5. pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilmiş bütün maddələr; 4.6.6. qeyri-hökumət təşkilatları tərəfindən alınmış hər bir ianə məbləği ayrıca əks etdirilməklə, ianəni vermiş şəxslər barədə aşağıdakı məlumatlar açıqlanır: 4.6.6.1. ianəni verən hüquqi şəxs olduqda – hüquqi şəxsin adı, VÖEN-i, hüquqi ünvanı, bank rekvizitləri, əlaqə telefonu; 4.6.6.2. ianəni verən fiziki şəxs olduqda – fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət

2 vəsiqəsinin digər göstəriciləri (seriyası, nömrəsi, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, fiziki şəxsin qeydiyyatda olduğu ünvan).” 1.3. aşağıdakı məzmunda 5.5-ci bənd əlavə edilsin: “5.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları ildə bir dəfə Azərbaycan Respublikasının “dliyyə Nazirliyinə təqdim etməlidir.”. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə https://cabmin.gov.az/?/az/pressreliz/view/1037/