For optimal readability, we highly recommend downloading the document PDF, which you can do below.
Document Information:
- Year: 2012
- Country: Azerbaijan
- Language: English
- Document Type: Domestic Law or Regulation
- Topic:
10/18/2017 Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – SƏNƏDLƏR » Qanunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Res …
https://president.az/articles/25554/print 1/2
Text size
A zәrbaycan Prezidentinin R әsm i internet sәhifәsi
rәsm i int erne t sәhi fә
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
17 oktyabr 2017, 18:15
Azәrbaycan Respublikasının Milli Mәclisi Azәrbaycan Respublikası Konstitusiyasının 94cü maddәsinin
I hissәsinin 10cu bәndini rәhbәr tutaraq qәrara alır:
“Hüquqi şәxslәrin dövlәt qeydiyyatı vә dövlәt reyestri haqqında” Azәrbaycan Respublikasının
Qanununda (Azәrba ycan Respublikasın ın Qanunvericilik Toplusu, 2004, № 1, maddә 8; 2005, № 1,
maddә 1, № 8, mad dә 700; 2006, № 2, maddә 70; 2008, № 2, maddә 49; 2010 , № 4, maddә 265; 2012,
№ 1, maddә 2, № 7, maddә 651; 2013, № 12, maddә 1479; 2014, № 2, maddә 78, № 7, maddә 769, №
11, maddә 1356, № 12, maddә 1526; 2015, № 11, maddә 1259; 2016, № 4, maddә 644, № 10, maddә
1606; 2017, № 5, maddәlәr 709, 724) aşağıdakı dәyişikliklәr edilsin:
1. 2.0.1 1ci maddәdәn “tәkmil sertifikata malik” sözlәri çıxarılsın.
2. 2. 0.14cü maddәnin sonunda nöqtә işarәsi nöqtәli ver gül işarәsi ilә әvәz edilsin vә aşağıdakı
mәzmunda 2.0.15ci vә 2.0.16cı maddәlәr әlavә edilsin:
“2.0.15. xarici inve stisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәt – әcnәbi vә ya vәtәndaşlığı olmayan şәxs,
habelә xar ici ölkәdә dövlәt qeydiyyatına alınmış hüquqi şәxs tәrәfindәn tәsis edilәn mәhdud mәsuliyyәtli
cәmiyyәtdir;
2.0.16. xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin elektron dövlәt qeydiyyatı – әcnәbi vә
vәtәndaşlığı olmaya n şәxsә mәxsus güclәndirilmiş elektron imza ilә tәsdiq edilәn vә müvafiq icra
hakimiyyәti orqanına elektron qaydada tәqdim edilәn әrizә vә ona әlavә edilәn sәnәdlәr әsasında xarici
investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin (yenidәn tәşkil nәticәsindә yaran an mәhdud mәsuliyyәtli
cәmiyyәt istisna olmaqla) dövlәt qeydiyyatıdır .”.
3. 4.3cü maddәyә “yerli” sözündәn sonra “vә ya xarici” sözlәri әlavә edilsin.
4. 7.1.2ci maddә lәğv edilsin.
10/18/2017 Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – SƏNƏDLƏR » Qanunlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Res …
https://president.az/articles/25554/print 2/2
www .president.az
5. 7.2 ci maddәdә “Azәrbaycan Respublikasının әrazisindә daimi yaşayış hüququ әldә etmiş әcnәbilәr”
sözlәri “Әcnәbilәr” sözü ilә әvәz edilsin.
6. 71ci maddәnin birinci cümlәsinә “qeydiyyatı” sözündәn sonra “, habelә xarici investisiyalı mәhdud
mәsuliyyәtli cәmiyyәtin elektron dövlәt qeydiyyatı” sözlәri әlavә edilsin.
7. Aşağıdakı mәzmunda 72ci maddә әlavә edilsin:
“Maddә 72. Xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin elektron
dövlәt qeydiyyatı
72.1. Xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin elektron dövlәt qeydiyyatının hәyata
keçirilmәsi üçün әcnәbi vә ya vәtәndaşlığı olmayan şәxs müvafiq icra hakimiyyәti orqanının internet
informasiya ehtiyatı nda yerlәşdirilmiş elektron әrizә formasını dolduraraq güclәndirilmiş elektron imza
ilә tәsdiq edir .
72.2. Elek tron dövl әt qeydiyyatı zamanı tәsisçi (tәsisçilәr) fәaliyyәt sahәsi bar әdә mәlumatı bәyan edir ,
özü tәrәfindәn daxil edilmiş mәlumatlar a әsasәn proqram tәminatı tәrәfindәn hazırlanmış nizamnamә ilә
real vaxt rejimindә tanış olur vә onu güclәndirilmiş elektron imza ilә tәsdiq edir .
72.3. Elektron dövlәt qeydiyyatı zamanı xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәtin Azәrbaycan
Respublikasında hü quqi ünvanını tәsdiq edәn sәnәd Azәrbaycan dilinә tәrcümә edilmiş nüsxәsi ilә
birlikdә skan edilәrәk әrizәyә әlavә olunur .
72.4. Elektron dövlәt qeydiyyatı zamanı әrizәnin qәbul edilmәsi barәdә forması müvafiq icra
hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn tәsdiqetmә bildirişi müraciәt edәnin elektron ünvanına
göndәrilir . Xarici investisiyalı mәhdud mәsuliyyәtli cәmiyyәt dövlәt qeydiyyatına alındığı gün dövlәt
qeydiyyatı haqqında şәhadәtnamә, dövlәt reyestrindәn çıxarış vә nizamnamә onun elektron ünvanına
göndәrilir .”.
İlham Әliyev
Azәrbaycan Respublikasının Prezidenti
Bakı şәhәri, 2 oktyabr 2017ci il.
Azәrbaycan Prezidentinin Rәsmi internet sәhifәsi